Pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərini pozan aktiv koronavirus xəstələrinə qarşı nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub