Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb

Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:
"Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb".
Məlumatda qeyd olunub ki, eyni zamanda Cenevrə Konvensiyalarına əsasən həlak olan şəxslər öz dini adət-ənənələrinə uyğun olaraq dəfn edilməlidir.
"Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq", - Ombudsman Aparatından bildirilib. (Report)
Hadisə
- Bakıda bu məktəbin 10-cu sinif şagirdinin “patı” satdığı iddia edildi - VİDEO
- Göygöldə sel iki nəfərin həyatına son qoydu
- İyunda bu tarixlərdə iş olmayacaq - QƏRAR
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO
- Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar - VİDEO - FOTO
- Xudayarın ailəsinə ağır itki üz verdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək 960 dəfə oxunub
- "WhatsApp"da daha bir özəllik - Səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq 955 dəfə oxunub
- Övladı məktəbə gedən valideynlərin NƏZƏRİNƏ 953 dəfə oxunub
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu 923 dəfə oxunub
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi 910 dəfə oxunub