Rusiyalı sərhədçilər RF-dən Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.
Mynews.az oxu.az-a istinadən bildirir ki,bu barədə "AiF Dağıstan" nəşrinə Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar", - mənbə deyib.
Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min "NZ gold compact" markalı siqaret bloku aşkarlanıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub