Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.
Bu barədə Mynews.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar”, - deyə qeyd edilib.
TƏBİB-dən qeyd edilib ki, Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub