Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul edib.
Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.
2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan "Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılıb.
Londonda yerləşən məhkəmənin SOCAR qrupu və "Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, "Azərbaycan (AÇG) Limited” şirkətinə 132 milyon ABŞ dollardan artıq pul təzminatı ödənilməlidir.
Bu, SOCAR Qrupuna aid olan şirkətlərin "Palmali” qrupu və Mübariz Mənsimova qarşı qaldırdığı üç arbitraj işindən axırıncısı idi.
Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnib.
"Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 milyon ABŞ dollarından artıq təzminatın ödənilməsi barədə qərar verilib.
Qeyd edək ki, birinci və ikinci arbitral qərar barədə əvvəlki məlumatlara baxa bilərsiniz.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub