"Azərbaycanda baş verən zəlzələlər qorxulu deyil. Dünyanın hər yerində hər gün bu proseslər gedir”.
Mynews.az xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur:
"Bunlar arasında hiss olunan və olunmayanlar olur. Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”.
Q. Yetirmişlinin sözlərinə görə, yerin daxili həmişə hərəkətdədir, litosferdə böyük plitələrin hərəkəti, plitələrdaxili blokların həm horizontal, həm vertikal hərəkətləri olur:
"Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub