Ölkədə yağan güclü qar nəticəsində yolların buzlaşmasına görə Ağsu aşırımında hərəkət dayanıb.
Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, kəskin hava şəraitinə görə həmin yol buzlaşıb və sürücülər bu yola daxil ola bilmir: "Aşırıma giriş qadağan edilməyib, lakin istifadə etmək mümkün olmadığı üçün yolda hərəkət yoxdur. Həmçinin, Bakı-Quba-Rusiya yolunun 130-cu kilometrliyindən başlayaraq Gəncob-Yalama yolu 204-cü kilometrədək yol buzlaşıb”.
BDYPİ sürücülərə müraciət edərək Ağsu aşırımından istifadə etməməyi tövsiyə edib, digər yollarda isə mümkün qədər diqqətli olmağa çağırıb.
(qafqazinfo)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub