Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.
Mynews.az baku.tv-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.
Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı xoşbəxtlikdə xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.
Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub