Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş altı nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub