Xəbər verdiyimiz kimi, aprelin 20-də Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, Taleh Tağıyev idarə etdiyi "Ravon” markalı, 90 PL 976 dövlət nömrə nişanlı avtomobillər Sabunçu dairəsi yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdə vurub.
Hadisə zamanı Zabrat qəsəbəsi sakini olan ana və 9 yaşlı oğlu yerindəcə keçinib, qadının bacısı isə ağır yaralanıb.
Avtosfer.az bu gün hadisənin görüntülərini əldə edib. Kadrlardan məlum olur ki, üç nəfər qaranlıq və 110 km/saat sürət rejimi tətbiq edilən yolda 5 zolaqlı yolu keçir. Onlar sürətlə hərəkət edən maşınların arasından çox etinasız şəkildə hərəkət edirlər. Nəticədə ən sonuncu zolaqda "Ravon” markalı avtomobilin qarşısına çıxırlar və maşın onları vurur.
Diqqətlə baxsanız, görəcəksiniz ki, sürücü maşını sola çəkərək sona qədər qəzadan yayınmağa çalışır, lakin piyadalar maşının üstünə atılırlar. Həmin ərazidə sürət saat 110 km olsa da, qəza törədən avtomobilin sürəti təxminən 90-100 olub.
Bir daha piyadaları yollarda diqqətli olmağa, qayda pozmamağa, keçidlərdən istifadə etməyə çağırırıq. Yeri gəlmişkən, bu qəzanın baş verdiyi ərazinin 300-400 metrliyində yerüstü piyada keçidi var.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub