Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirilib.
Agentlikdən Mynews.az-a verilən məlumata görə, yoxlama zamanı toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə "kənd çolpası” görünüşü verildiyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib. Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub