Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ölüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Ramiz Quliyev küçəsi 10 ünvanında, təxminən 35-40 yaş aralığında naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "KİA" markalı nəqliyyat vasitəsi vurub.
Zərbənin gücündən piyada yolun digər tərəfinə düşüb. Bu zaman onun üzərindən "Mercedes" markalı avtomobil keçib. Baş verən qəza nəticəsindən piyada hadisə yerində ölüb.
Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şahidlər dindirilib. Hər iki sürücü isə polis idarəsinə aparılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Komissiyasız kredit sifariş et!
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub