Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.
Mynews.az “report”-a istinadən xəbərinə görə, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları araşdırma aparır. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub