Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində dörd azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan bildirilib ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıb.
Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub