Yevlaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.
Hadisə zamanı VAZ-2115 markalı avtomobillə “Mercedes-Vito” markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn “Mercedes-Vito” Yevlax şəhərindən çıxan VAZ-2115 avtomobili tərəfindən vurulub. Nəticədə “Vito” aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı “Mercedes-Vito” avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub