Sumqayıtda zibil qabından tapılan yeni doğulmuş qız uşağının videosu yayılıb.
Görüntülərdə uşağın sellofan torbada tapıldığı görünür.
Həmin görüntüləri təqdim edirik:
12:28
Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qabından tapılan uşağın vəziyyəti açıqlanıb.
Respublika Perinatal Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, uşaq hamiləliyin 30-35 həftəliyində doğulub:
“Boyu 40 santimetr, çəkisi 1,660 kiloqramdır. Körpənin vəziyyəti orta ağırdır. Onun müalicəsi yeni və yarımçıq doğulmuşlar şöbəsində aparılır”.
Qeyd edilib ki, körpə enteral (enteral qidalanma ağızdan və ya birbaşa mədə və ya kiçik bağırsağa gedən bir borudan alınan qidalanma deməkdir. Tibbi baxımdan enteral qidalanma termini ən çox boru qidalanması deməkdir) qidalandırılır.
Xatırladaq ki, ötən gün Sumqayıtda “Yaşıldərə” yaşayış massivində sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub