Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov, Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun rayonun Qapanlı kəndi ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.
Əraziyə baxış zamanı oradan 345 ədəd ümumi çəkisi 121 kq 800 qram olan çətənə kolu həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçünü zəruri alətlər aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxslər cari ilin may ayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərara gəldiklərini etiraf ediblər. Saxlanılan şəxslər çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiklərini bildirsələrdə digər xüsusatlar da istisna edilmir.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub