Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Mustafayeva Məmmədağa qızı, övladı 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.
Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.
Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də, mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.
Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub