Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Cənub regional qrupundan Xeber24.info-ya verilən məlumata görə, onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.
Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub