Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Nazirlikdən verilən məlumata görə, ilkin hesablamaya əsasən, ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb.
Relyefin mürəkkəbliyinə və mütəmadi güclənən küləyin əsməsinə baxmayaraq, yanğından meşə zolağı mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub