Caliber.Az kollektivi ağır itki ilə üzləşib. Tanınmış tarixçi və jurnalist Zaur Mehdiyev ötən gecə gözlənilmədən dünyasını dəyişib.
1990-cı il təvəllüdlü Zaur Mehdiyev Belarus Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, Qafqaz Albaniyası tarixi üzrə ixtisaslaşmışdı. O, yerli jurnalistikada da iz qoyub, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. Caliber.Az-da qısa müddət işləməsinə baxmayaraq, o, tanınmış xarici siyasətçilər və ekspertlərlərdən çox sayda müsahibələr almışdı.
Həmkarımızın vaxtsız ölümü onu tanıyan hər kəs üçün ağır sarsıntı oldu. O, mehriban, yardımsevər və şən insan idi.
Mynews.az kollektivi olaraq biz də onun ölümündən kədərləndiyimizi bildirir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk! Zaur Mehdiyevi peşəkar jurnalist, tarixçi və həmkar kimi həmişə xatırlayacağıq.
Allah rəhmət eləsin!
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub