Bakıda iki azyaşlı qızana təcavüz etməkdə ittiham olunan Sahib Şıxıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mynews.az Demokrat.az-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlanacaq.
İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib.
Belə ki, Sahib Şıxıyev əvvəlcə 14 yaşlı qızı N.Ş-yə qarşı seksual xarakterli hərəkətlər edib. O daha sonra digər qızı T.Ş zorlayıb.
Hər iki azyaşlı zərərçəkmişin hüquqi nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciət əsasında araşdırma başlanıb və fakt təsdiqini tapıb.
Bundan sonra Sahib Şıxıyev məsuliyyətə cəlb olunub.
İstintaq orqanı tərəfindən Sahib Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə Sahib Şıxıyevin iki qızı zərərçəkmiş şəxs qismində tanınıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub