Müdafiə Nazirliyi təsdiqlədi - 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Mynews.az xəbər verir ki, bu barədə azxeber.com-a Azərbaycan Müdafisə Nazirliyindən məlumat verilib.
Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.
Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hadisə
- 115 nəfərin yanaraq öldüyü toydan VİDEO - Yanğın BELƏ BAŞLADI - VİDEO
- Qarabağı 65 mindən çox erməni tərk edib
- Türkiyədə azərbaycanlı qadın güllələndi
- Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu
- Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ - 11 şagird və 1 müəllim...
- Bakıda toyda kütləvi dava: xəsarət alan var
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1057 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1031 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1022 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1020 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1016 dəfə oxunub