Xəbər verdiyimiz kimi, bu gün 44 günlük Vətən müharibəsi qazisi Əlizadə İslam dünyasını dəyişib.
Ailə yaxınlarının AZXEBER.COM-a verdiyi məlumata görə, qazi bu gün səhər Yeni Günəşlidə yerləşən evində vəfat edib: "XTQ döyüşçüsü, 28 yaşlı İslam bu gün hələlik məlum olmayan səbəbdən dünyasını dəyişib. Gecə yatıb, səhər oyanmayıb. Hadisə ilə bağlı ekspertiza aparılır. Ölüm səbəbi ilə bağlı ətraflı məlumat veriləcək".
Ailəli üzvləri İslamın ikinci övladının iki həftə əvvəl dünyaya gəldiyini bildirdi: "İslam ailəli idi, iki övladı var idi. İkinci oğlu iki həftə əvvəl dünyaya gəlmişdi".
44 günlük Vətən müharibəsinin qazisi ictimai fəaliyyətdə də aktiv olub.
Allah rəhmət eləsin!


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub