Xəbər verdiyimiz kimi, bu gün Sabirabad rayonunda hamilə qadının vəfatı və xəstə yaxınlarının həkimi döyməsilə bağlı məlumat yayılıb.
Mynews.az məlumatın doğruluğunu və təfərrüatlarını öyrənmək üçün ginikoloqla əlaqə saxlayıb.
Xanım həkim faktla bağlı ekspertizadan keçdiyini bildirdi: "Ekspertizadan keçmişəm, lazım olan orqanlara şikayət ərizəmi vermişəm".
Qeyd edək ki, oxu.az-ın məlumatına görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.
Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub