Bərdədə ana və azyaşlı övladı dəm qazından boğularaq ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib. Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 3 yaşlı Əliyev Tunar Vüsal oğlunun yaşadıqları evdə meyitləri aşkarlanıb.
Qonşularının APA-ya verdiyi məlumata görə, gecə saatlarında Ayşənin həyat yoldaşı Vüsal Əliyev evə gəlib qapını döysə də, açan olmayıb. Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Qapı sındırılıb, içəri daxil olanda qadının və övladının öldüyünü görüblər. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, ana və övladı hamam otağında quraşdırılan qızdırıcıdan ayrılan dəm qazından zəhərlənərək ölüblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub