Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mynews.az-a verilən məlumata görə, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb.
Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktik söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub