Bu gün Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mynews.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı bu gün saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.
"Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub