Bakının Suraxanı rayonunda orta məktəblərin birində baş verən insident insanların narazılığına səbəb olub.
Mynews.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı məlumat verib. Onun sözlərinə görə, 282 saylı məktəbdə şagird sinifdə şalvarını çıxardır. O həmçinin qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir.
"Bu barədə polisə müraciət olunub. Anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edib. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil nazirinin vaxtı olsaydı, sabah o məktəbə baş çəkərdi”, - deyə Natiq Muxtarlı yazıb.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu məsələ hazırda polis nəzarətindədir.
"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə qurum rəsmisi bildirib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub