"İşğaldan azad olunan ərazilərdə işləmək üçün 900-dən çox sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Bu sahibkarların hər üçündən biri xarici sahibkarlardır".
Mynews.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Qarabağ gündəliyi" verilişində qonaq olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O əlavə edib ki, Qarabağda iş yerləri ilə bağlı kifayət qədər maraq hiss olunur: "Sahibkarların daha da təşviq edilməsi ilə əlaqədar müəyyən güzəştlər tətbiq ediləcək".
Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir.
Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar Məşğulluq Alt Sisteminə yerləşdirilib. Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir.
Qeyd edək ki, internetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub