Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi vətəndaşlar limitin sıfırlanması üçün mexaniki qaz sayğaclarının əvəzinə smart tipli sayğacların fotosunu çəkib qeyd olunan nömrəyə göndərirlər. Bu da sonradan anlaşılmazlığa səbəb olur.
Mynews.az xəbər verir ki, "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev 'Xəzər Xəbər'ə bildirib ki, limitilə bağlı göndərilən fotoların təxminən 10 faizdən çoxu smart tipli sayğaclarla bağlıdır.
Eldəniz Vəliyevin sözlərinə görə, bu vaxta qədər 100 mindən çox abonent sayğaclarının fotosunu çəkərək qurumun vatsap nömrəsinə göndərib. Ümumilikdə isə həm "Azəriqaz"ın əməkdaşlarının baxışı, həm də vətəndaşların göndərdikləri fotolar nəticəsində 65 faizən çox sayğacda limitin sıfırlanması prosesi həyata keçirilib.
'Azəriqaz' İstehsalat Birliyi abonentlərə növbəti dəfə müraciət edir ki, bundan sonra da mexaniki sayğaclardan istifadə edən vətəndaşlar limitin sıfırlanması üçün sayğacın fotosunu çəkərək 077-3-104-104 vatsap nömərsinə göndərsinlər.
Qeyd edək ki, sayğacın fotosunu hansı formada çəkməklə bağlı problem yaşayan vətəndaşlar, "Azəriqaz"ın yutub səhifəsinə yerləşdirilən video ilə də tanış ola bilərlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub