Metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin mühafizəçisinin gənc qıza “ilişməsi” ona baha başa gəlib.
Mynews.az Modern.az-a istinadla xəbər verir ki, bu hadisəni Sunay Heydərli adlı şikayətçi feysbukdakı “Müştərinin səsi” qrupunda ictimailəşdirib.
“Mobil nömrə balansımı “Bravo”dakı “MilliÖN” aparatında artıranda yaxınlıqda dayanmış mühafizəçi bunu görüb. Nömrəmi yadında saxlayaraq, bir neçə saatdan sonra mənə yazıb narahat etməyə başladı.
Özündə müştəriyə "Xanım marketdəki "oxranam", xoşuma gəldiniz, 8 mart bayramınız mübarək" yazmağa cəsarət tapan belə “mühafizəçi”ni işə götürən mağazalar şəbəkəsinə sözüm yoxdur. Əgər “MilliÖN”də nömrəyə balans vurmağa da çəkinəcəyiksə, daha nə söyləyim”, - deyə hadisəni sosial şəbəkədə ictimailəşdirən xanım “Bravo”nun rəhbərliyini onu tez-tez narahat edən - zəng vuran, şəkil göndərən əməkdaşla bağlı müvafiq ölçü götürməyə çağırıb.
Vətəndaşın müraciəti ictimailəşəndən sonra “Bravo”nun rəhbərliyi olaya reaksiya verib.
Şikayətçi qız sosial şəbəkədə yazdığı növbəti qeyddə ona “ilişən” mühafizəçinin artıq işdən qovulduğunu bildirərək “Bravo”nun rəhbərliyinə təşəkkür edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub