Bu gün Bakı metrosunda qatar yoluna düşərək qaçan qızlar azyaşlılardır.
Mynews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Qızlar xəsarət almayıblar. Onların valideynləri ilə söhbət aparılır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin məlumatına görə, iki qız "20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Bu səbəbdən "20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə "20 Yanvar” stansiyasına çıxarılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub