Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.
Mynews.az tosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.
Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub