"Nərminin meyitinə birinci baxan şəxs mən olmuşam, yarım metrdən baxıb onu tanımışam. O uşaq mənim olmasa, necə deyə bilərdim mənimdir? Dəlillər bizim üçün kifayətdir”.
Bunu yazıçı Aysel Əlizadə ilə görüşdə Tovuzda öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı atası Şərif Quliyev deyib.
"Mən lap əvvəl gedib Tovuz polis rəisi Şirzad Əsgərova demişdim ki, İlkin mənim sinif yoldaşım olub, onu buraxın, hadisəni o törətməyib. Amma özü ayın 10-da etiraf elədi. İndi bilirəm ki, bu əməli törədən yüzdə yüz bu insandır. Deyir ki, işgəncə altında boynuma götürmüşəm. Ayın 10-da ifadəsi alınanda İlkin uşağı harada saxladığını etiraf etdi. Əgər İlkin buraxsalar, mən ondan əl çəkməyəcəm” – deyə Şərif Quliyev qeyd edib.
Mərhumun anası Aynurə İsmayılova da yaşanan hadisəyə görə həyat yoldaşı və özünün təhqir edildiyini söyləyib: "Deyirlər uşaq hamilə olub. Hamilə idisə, gətirib verərdiniz uşağımı mənə. Niyə öldürürdünüz”.
Şəbnəm Quliyeva da bacısı Nərminin atası tərəfindən satılması iddiaları haqqında danışıb:
"Deyirlər ki, atası uşağı satıb. Atam veterandır və müharibədə uşaqları qorumağa çalışan adam olub. O necə öz uşağını sata bilər? Ancaq deyirlər ki, İlkin azadlığa çıxsın. Amma mənim bacımı fikirləşən yoxdur. Biz Nərminlə mağazaya gedəndə İlkin bizə kitab vermişdi. Amma İlkinin əmisi Süleyman deyir ki, kitabı bizə özü verib. İlkin Nərmini içəri salmaq istəyəndə kitab adı ilə edə bilərdi”.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub