May ayının sonlarına yaxınlaşsaq da, bazarlarda pomidor və xiyarın qiyməti yüksək olaraq qalmaqdadır. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 3-5 manat, xiyarın qiyməti isə 2-3 manat aralığında dəyişir.
Maraqlıdır, yay gəlir, havalar isinir, qiymətlər niyə buz bağlayıb?
Mynews.az xəbər verir ki, mövzu ilə bağlı "gundem.az"-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bazarda olan pomidorların açıq havada yox, istixanalarda yetişdirildiyini deyib. Mütəxəssis qiymətlərin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib:
“Adı çəkilən tərəvəzlərin yeni yetişən vaxtıdır. Hazırda bazarlarda parnikdə yetişdirilən pomidorlar üstünlük təşkil edir. Bahalılığın səbəbi isə gübrə və toxumun fermerlərə yüksək qiymətə satılmasıdır. Eyni zamanda qazın da qiyməti yüksəlib, əmək haqları artıb. Bütün bunlar yetişən məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur”.
Ekspert məhsuldarlıq və inflyasiya amilinə də toxunub:
“Bahalıq səbəblərinin üzərinə inflyasiyanı da gəlmək olar. Artıq son 30-40 ilin ən yüksək səviyyədə olan inflyasiya həddini müşahidə edirik. Digər tərəfdən isə istixanalar bağlanır və bu da məhsuldarlığa təsir edən mənfi amillərdən biridir. Tərəvəzlər istixanalardan çıxandan sonra qiymətlərdə enmələrin olmasını görəcəyik. Bu, 20 gün sonra ola bilər”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub