Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.
2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi "Toyota” markalı avtomobil vurub. Ağır xəsarət alan yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub