İyunun 3-də saat 23 radələrində Qubada törədilmiş qətlin bəzi detalları üzə çıxıb.
"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1968-ci il təvəllüdlü Kərim Baxışov qətlə yetirdiyi 1963-cü il təvəllüdlü Eldar Hacıyevin təsərrüfatında işləyirmiş.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib. Belə ki, K.Baxışov gecə saatlarında evinə gələn müdiri ilə mübahisə edib. Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və 54 yaşlı kişi 59 yaşlı iş adamını bıçaqlayaraq öldürüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub