Zaqatalada itkin düşən hindistanlı turistin atasının başına iş gəlib.
Mynews.az Lent.az-a istinadla xəbər verir ki, ötən gün oğlunun axtarışlarına qoşulan Purna Chandra Rao Kondaveeti dağdan enərkən leysana düşüb.
Reklamınızı SmartBee ilə effektiv edin.
Nəticədə çaya yıxılan Chandra Rao Kondaveetinin ayaqqabılarını sel aparıb. Axtarış qrupunun üzvləri çətinliklə də olsa onu sağ-salamat qaldığı otelə çatdırıblar.
Onu da qeyd edək ki, ötən gün aparılan axtarışlar da heç bir nəticə verməyib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, qasırğa və güclü küləklə müşayiət olunan leysan yağıb.
Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı ilə çıxıb və geri qayıtmayıb.
O, yoxa çıxandan dərhal sonra atası və qardaşı Dharan Kondaveeti Zaqatalaya gəliblər.
Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı vəd edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub