Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla “Chevrolet” markalı avtomobil toqquşub.
Yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb. Ölənlər Masallının Ərkivan qəsəbə sakinləri, “VAZ 2106”-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır. Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun oğlu, 2001-ci il təvəllüdlü Əsəd Xəlilovdur.
Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. Qeyd edək ki, “Chevrolet” markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub