Bakıda ailə münaqişəsi zəminində daha bir qətl törədilib. 40 yaşlı qadın çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır. Hadisə şahidləri qətlin atanın öz övladını görmək istəməsi, uşaqların isə bundan imtina etməsi zəminində baş verdiyini deyirlər. Hər halda baş vermiş ağır cinayət istintaqla araşdırılır.
Mynews.az xezerxeber-ə istinadən xəbər verir ki, 40 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır.
Ağır cinayət ötən gün paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Hadisənin qonşunun həyətində baş verdiyi bildirilir. Həmin evin sahibi Samir Allahverdiyev deyir ki, əvvəllər onlarla mehriban qonşu olublar. Təxminən bir il əvvəl isə münaqişəli ailə evi satıb.
Hadisə şahidi Fəzail Vahabov deyir ki, cinayəti törətməkdə şübhəli bilinən Arzuman Fazilov uşağı ilə görüşmək istəyib. Hətta ondan xahiş edib ki, övladını çağırsın. Amma uşaq atası ilə görüşməkdən imtina edib.
Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda 'qəsdən adam öldürmə' maddəsi ilə cinayət işi başlanıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub