İmtahanda aşağı bal topladığına görə ailəsi tərəfindən təzyiqə dözməyən qız intihar edib.
Mynews.az xəbər verir ki, intihar edən Laçın adlı qızın yazdığı son məktub sosial şəbəkələrdə yayılıb.
O, məktubun az bal topladığına görə atasının ona özünü asmasını dediyini qeyd edib:
"Mənim adım Laçındır, 17 yaşım var. Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyani isə atam verdi. Hələ bu gün səhər işə getmədən əvvəl mənə dedi ki, "Mən işdən gələnə qədər get özünü as öldür". Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm. Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur... Mən daha yoxam. Əlvida. Bəlkə də gözəl olardı ".

1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub