Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb.
Rayonlar üzrə məlumatlar toplanaraq Bakı şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib.
Mynews.az baku-ws-ə istinadən bildirir ki, yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəlixan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır.
Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.
Yataqxanada yaşayan sakinlərə binaların sökülməsi zamanı iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.
Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir.


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub