Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb.
Evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə düşüb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa idarəetmədən çıxan evakuator kəsişmədə olan "Opel” markalı maşına, daha sonra "Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Opel”in sürücüsü də xəsarət alıb.
Qəza nəticəsində Sakit Qocayev küçəsində tıxac yaranıb. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub