Bakıda hamilə qadın evdə ölüb.
Mynews.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.
Belə ki, noyabrın 30-da Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2002-ci il təvəllüdlü Nazim Şükürov küçəsi, ev 3/8B ünvanında qeydiyyatda olan, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında hamiləlik qanaxması səbəbindən vəfat etib.
Bu barədə Binəqədi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub