Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib.
Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.
Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub