Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılır.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:
“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub