Aparıcı Zaur Baxşəliyev efirdə danladığı operatordan danışıb.
Mynews.az xəbər verir ki, o, aparıcısı olduğu "Bizimləsən" proqramında sözügedən şəxsə yaxınlaşaraq onu studiyadakı tamaşaçılara və ekspertlərə təqdim edib. Zaur ondan ATV kanalında neçə il işlədiyini soruşub. Operatorun 12 ildir Zaurla birgə işlədiyi məlum olub:
"Dünən arxadan göstərmisiz, heç kim üzünü görməyib, bütün sosial şəbəkə platformalarında paylaşılıb. Adam deyir, üzümü göstərərdiz, populyarlaşardım. Gəlirəm, yanına səni məşhurlaşdırmağa... Bu mənim Fəridim, ürəyimdir. Hər yerdə mənimlə fotosu çıxan Fəriddir".
Daha sonra aparıcı Fəriddən həmin rəftarına görə pis olub-olmadığını soruşub. O isə normal formada işinə davam etdiyini deyib.
Məlumat üçün bildirək ki, Zaur efirdə əsəbiləşərək operatora sərt münasibət göstərib. Onun bu görüntüləri sosial şəbəkələrdə yayılaraq tənqid olunub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub