Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıb.
Mynews.az xəbər verir ki, bu barədə redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Almanqızı məlumat verib.
Onun sözlərinə görə, Kahramanmaraş rayonu, İsmet paşa məhəlləsi, Trabzon prospektindəki binanın dağıntıları altından Sütçü Universitetinin tələbələri Gulşen və Jalə Cəfərova bacıları çıxarılıb.
"Onların hazırda hansı xəstəxanaya aparılmalarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri ağır olub, hara aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm",- deyə həmkarımız əlavə etdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub