Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirən şəxslərin sayı 3 min 381-ə çatıb.
Mynews.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı yaralıların sayı 20 min 426 nəfərə yüksəlib.
Eyni zamanda 5 min 775 binanın dağıldığı, 11 min 302 binanın dağılma xəbəri daxil olduğu bildirilir.
***07:30
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.












1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub